🌎🌵Svet Aloe - Svetlana FLP🌵🌎 (@svet_aloe_svetlana)

#aloja #aloe #flp #infinityteam #novisad #liman #zdravo #prirodno
Aloe Vera Gel
Blagotvorna dejstva lista aloe vere koriste se hiljadama godina za poboljsanje imuniteta, detoksikaciju, kompletnu celisku ishranu, kao i za poboljsanje ukupne baznosti organizma. -Informacije Svetlana

Mrs. Dreamer (@_dea_13_)

Mənim nöqsanımı demək istəyir.

Söz atdın… Könlümdə qopdu zəlzələ,

Bilmədim, nə zaman çıxdım özümdən.

Toxundun könlümə üstəlik hələ

Deyirsən, lal olum, qışqırmayım mən?

Dəmir dəmirdi ki, toxunsan əgər

O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına,

Əsəbiyəm, çünki həyəcanım var.

Hardasa bir haqqın tapdanmasına

Mən dözə bilmərəm, isti qanım var.

Mənə biganədir soyuqqanlılıq,

Hər şeyə öz ölçüm, öz tərəzim var.

Sənin qərəzinin mənə dəxli yox,

Mənim öz görüşüm, öz qərəzim var.

De, necə od tutub alışmayım mən –

Fikirsiz, məsləksiz ölü canlara?

Bəli, əsəbiyəm, heç çəkinmədən

Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam, anladım,

Ürəyim od tutub yanar.

Bəli, əsəbiyəm, çünki insanam,

Mənim nifrətim var, məhəbbətim var.

Quzuya da bəli,

Qurda da bəli?

Deyirsən, olmasm baxışım mənim?

Nöqsanım budursa əgər... deməli,

Ancaq naxışımdır yanlışım mənim... Bextiyar Vahabzade

#şiir #şeir #baku #azerbaycan #azeri #sevgi #aşk #sozler #instaaz #instagram #insta #sea #caspian #caspiansea #şiirsokakta #gemi #sahil #liman #elveda #unutma #vsco #vscocam #vscoaz #azerbaijan
More...